Ankara selə təslim oldu - FOTO
Bizi izləyin

Dünya

Ankara selə təslim oldu - FOTO

Ankarada axşam saatlarından başlayan güclü yağış paytaxt sakinlərinə çətin anlar yaşadıb.

Anadolu agentliyinin məlumatına görə, güclü yağış prospekt və küçələrdə su yığınlarının əmələ gəlməsinə, bəzi yolların və yeraltı keçidlərin isə su altında qalmasına səbəb olub. Şəhərin müxtəlif yerlərində bəzi ev və iş yerlərini də su basıb.

Leysan yağışları səbəbindən bır sıra yollarda avtomobil nəqliyyatında sıxlıq yaranıb. Hazırda güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ciddi iş aparılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm