İŞİD-dən növbəti qanlı terror - 65 ölü, 55 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

İŞİD-dən növbəti qanlı terror - 65 ölü, 55 yaralı (YENİLƏNİB)

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Son məlumatlara görə, 65 nəfər həlak olub, 55-i yaralanıb. Polisdəki mənbənin məlumatına görə, yaralananların çoxunun vəziyyəti kirtikdir.

12:53

Yəmənin cənubunda yerləşən Ədən şəhərində terror aktı törədilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Sky News Arabia” telekanalı “Twitter”dəki mikrobloqunda hadisə nəticəsində 60 nəfərin həlak olduğunu bildirib.

Daha əvvəl isə Sərhədsiz Həkimlər Təşkilatı “Reuters” agentliyinə açıqlamasında 45 nəfərin həlak olduğunu, 60-dan çoxunun yaralandığını bildirmişdi.

Terror aktı ölkə hakimiyyətinin loyal qoşun düşərgəsinin yaxınlığında minalanmış avtomobillə kamikadze tərəfindən törədilib.

Partlayışa görə, məsuliyyəti hələ heç bir terror qruplaşması üzərinə götürməyib. Yəmənin cənubunda İŞİD və “Əl-Qaidə” terror qruplaşmaları fəaliyyət göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm