Dünya
Rusiya və Çinlə eyni vaxtda... – III Dünya Müharibəsinin SSENARİSİ
ABŞ eyni zamanda Rusiya və ABŞ-la müharibə aparsaydı nə olardı?
Publika.az xəbər verir ki, bu sualı ABŞ-ın “The National İnterest” nəşrində “ABŞ üçün ən qorxunc qarabasma: eyni vaxtda Rusiya və Çinlə müharibə” yazısında Robert Farli qoyub.
Onun sözlərinə görə, ABŞ ötən onilliyinin sonunda “iki müharibə” doktrinasından imtina etdi. Bu strategiya Birləşmiş Ştatların İran və İraq kimi regional ölkələrə qarşı döyüş hərəkətlərini nəzərdə tuturdu: “ABŞ beynəlxalq vəziyyətdəki dəyişikliklərə görə doktrinadan imtina etdi: Çinin artan gücü və yüksək təsirli terror şəbəkələrinin yayılması”.
Robert Farlinin fikrincə, Pekin və Moskva özlərinin regional iddialarının reallaşdırılması üçün mövcud böhrandan istifadə edə bilərlər. Məsələn, əgər Birləşmiş Ştatlar Cənubi Çin dənizində ciddi toqquşmalara cəlb edilsə, Moskva Baltikyanı ölkələrinə hücum haqqında qərar verə bilər.
Onun sözlərinə görə, Avropa və Sakit okeanı regionunda müharibənin aparılması üçün vacib şərtlərdən yalnız bəziləri uyğun gəlir. Məsələn, ABŞ-ın quru qoşunları Avropanın müdafiəsi üçün döyüşlərin bütün ağırlığını üzərinə götürər, hərbi dəniz donanması öz hərəkətlərini Sakit okeanda cəmləyərdi. Müəllif qeyd edir ki, ABŞ-ın Hərbi Hava Qüvvələri hər iki regionda köməkçi rolu oynayardı.
Robert Farlinin fikrincə, Rusiyanın Şimali Atlantika regionunda NATO ilə vuruşmaq imkanları yoxdur: “Bu o deməkdir ki, ABŞ və onun NATO üzrə müttəfiqləri Rusiyanın dəniz sahəsində təhlükə yaratmaq və Rusiyanın Hərbi Dəniz Donanmasının hücumundan müdafiəni təmin etmək üçün resursların müəyyən hissəsini ayıra bilərlər. Bu, ABŞ-a Hərbi Dəniz Qüvvələrini Sakit okeanda toplamağa imkan verəcək. Münaqişənin müddətindən asılı olaraq ABŞ quru qoşunlarının əhəmiyyətli hissəsini Avropaya ata bilər.
Müəllif ehtimal edir ki, Amerika Çinin tranzit yollarını bloklamaq üçün təyyarədaşıyanları, sualtı və suüstü gəmilərini Sakit və Hind okeanlarında cəmləyə bilər. Bu onu bildirir ki, uzaq aviasiya, bombardmançı-gözəgörünməzlər və Hərbi Hava Qüvvələrinin digər analoji döyüş vasitələri hər iki regiondakı döyüş əməliyyatlarında tələb olunan səviyyədə iştirak edə bilər.
“Qısa müddətə heç olmasa bir regionda qələbə qazanmaq üçün ABŞ-ın silahlı qüvvələri böyük gərginlik şəraitində hərəkət etməli olardı. Buna görə də, Birləşmiş Ştatlar mümkündür ki, strateji və siyasi qələbə ümidi ilə hərbi hava və kosmik güclərinin əhəmiyyətli hissəsini həmin istiqamətdə atsın. Avropada ABŞ-ın müttəfiqlərinin əhəmiyyətli gücünü nəzərə alaraq, mümkündür ki, Birləşmiş Ştatlar əvvəlcə əsas diqqəti Sakit okeanı regionundakı münaqişəyə cəmləsin”, - müəllif ehtimal edir.
Onun sözlərinə görə, ABŞ-ın Sakit okeanı regionunda yaratdığı ittifaqın strukturu Avropadakı ittifaqın strukturundan kəskin fərqlənir. Belə ki, ABŞ Avropada Rusiya ilə vuruşarsa, Almaniya, Fransa, Polşa və Böyük Britaniya onu dəstəkləyəcək. Rusiyanın Baltikyanı ölkələri qismən tutması istisna edilmir, amma Rusiya NATO-nun Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində ciddi itkilərlə üzləşər və tutduğu əraziləri uzun müddət saxlaya bilməz.
Birləşmiş Ştatlar Sakit okeanı regionunda daha ciddi çətinliklərlə qarşı-qarşıyadır. Yaponiya və ya Hindistan Cənubi Çin dənizində maraqlara malikdir, amma çətin ki, bu, onların müharibədə iştirakına zəmanət verir.
“Hər halda Birləşmiş Ştatlar, eyni zamanda iki genişmiqyaslı müharibə apara və qalib gələ bilər. Və ya ən azından qələbəyə kifayət qədər yaxınlaşmaq olar. Nə Rusiya, nə Çində müvəffəqiyyət üçün xüsusi şanslar var. Birləşmiş Ştatlar əvvəlki kimi dünyada ən güclü orduya sahibdir və güclü hərbi ittifaqa başçılıq edir. Bu, ABŞ-a Rusiya və Çinlə qarşıdurma zamanı öz gücləri və vasitələrini bölüşdürməyə imkan verir. Ancaq qeyd etmək lazımdır ki, belə vəziyyət əbədi olaraq qalmayacaq. Birləşmiş Ştatlar öz hökmranlığını sonsuza qədər bu səviyyədə saxlaya bilməz və uzunmüddətli perspektivdə diqqətlə fikirləşmək lazımdır ki, hansı öhdəlikləri öz üzərinə götürsün. Eyni zamanda, ABŞ dünya nizamını yaradıb. Bu nizam dünyada ən qüdrətli və çiçəklənən ölkələrdən çoxunun maraqlarına cavab verir. Birləşmiş Ştatlar nə vaxtsa onların dəstəyinə bel bağlaya bilər”, - müəllif yekunlaşdırır.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO