Dünya
Dörd dəfə ölüb-dirildi - Kərimov haqda YENİ FAKTLAR
Özbəkistan prezidenti İslam Kərimov hazırda
reanimasiyadadır. Bu haqda məlumat rəsmi təsdiqini tapıb. Lakin
Kərimovun ölümü, yaxud xəstəxanaya düşməsi haqda indiyə qədər
dəfələrlə məlumat yayılıb.
Publika.az həmin məlumatlardan bir neçəsini
təqdim edir.
20 gün komada
2015-ci ilin fevral ayında məlumat yayıldı ki, 77 yaşlı Kərimov
komaya düşüb. İddialara görə, Kərimov axşam yeməyində şüurunu
itirib və 20 gün komada qalıb.
2013-cü il geniş miokard iflic
2013-cü ilin 23 mart tarixində gecə saatlarında İslam Kərimov
geniş infarktla xəstəxanaya yerləşdirilib.
Bu barədə “NDU” nəşrinin məlumatında deyilir. Prezident
Aparatının adı açıqlanmayan əməkdaşlarından biri məlumatı nə
təkzib, nə də təsdiq edib. Kərimov həmin məlumatdan bir müddət
sonra Moskvaya işgüzar səfər edərək, deyilənləri təkzib etdi.
Bir ildə iki dəfə koma
2010-cu ildə özbək müxalifətinin lideri Məhəmməd Salih “Azadlıq”
radiosuna müsahibəsində bildirib ki, 2009-cu ildə İslam Kərimov iki
dəfə komaya düşüb.
Kərimov “dəfn” olundu
2003-cü ildə Rusiyanın “Novoy qazeta” İslam Kərimovun öldüyü
xəbərini yaydı. Özbəkistanın Moskvadakı səfirliyi bu məlumatı
təkzib etdi.
Asif
-
İdman22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin121:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi