QALMAQAL: Parisdə müsəlman müştərini restorana buraxmadılar
Bizi izləyin

Dünya

QALMAQAL: Parisdə müsəlman müştərini restorana buraxmadılar

Fransanın paytaxtı Paris yaxınlığında yerləşən bir restoranda iki hicablı qadını içəri buraxmayıblar. İş yerinin sahibi bunun səbəbini belə açıqlayıb: “Terroristlər müsəlmandır və bütün müsəlmanlar terroristdir”.

Publika.az xəbər verir ki, hadisənin videosu paylaşılıb və ölkədə geniş müzakirələrə səbəb olub. Videoda “Terroristlər müsəlmandır və bütün müsəlmanlar terroristdir. Bunu analiz edin” deyərək hicablı müştərilərə xidmət etməyi qəbul etmədiyi açıqca görünür. Müştərilər isə "Bu axmaqlığı analiz etməyə ehtiyacımız yoxdur" deyərək restoran sahibinə cavab verir. Bundan sonra dünyəvi bir ölkədə yaşadıqlarını xatırladan iş yeri sahibi müştərilərin restorandan çıxmasını tələb edir.

Sosial şəbəkələrdə çox sayda istifadəçi müsəlmanlara qarşı ayrı-seçkiliyin qəbul edilməz olduğunu qeyd edərkən, bəziləri fərqli reaksiya nümayiş etdirib. Məsələn, restoranda olan bir müştəri “İrqçilərin bizə xidmət etməsini istəmirik” ifadəsiylə təpkisini dilə gətirib.

Bu hadisəyə görə restoran qarşısında etiraz aksiyası təşkil edilən gün restoran sahibi nümayişçilərdən üzr istəyib.

“Le Parisien” qəzetinin xəbərinə görə, mövzuya bağlı reaksiyaların artmasından sonra restoran sahibi bölgədəki müsəlmanlarla bir araya gələrək üzr istəmək məcburiyyətində qalıb. Hadisə ilə əlaqədar Bobinyi Prokurorluğunda “irqçi ayrı-seçkilik” ittihamı ilə istintaq başlayıb.

Restoran sahibi 2015-ci ilin noyabrında Parisdə təşkil edilən terror aktında bir yoldaşını itirdiyi üçün aqressiv reaksiya göstərdiyini etiraf edib.

İslamofobiya ilə Mübarizə Dərnəyindən göndərilən yazılı açıqlamada ayrı-seçkiliyə məruz qalan müştərilərin məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini qeyd edilib.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm