Dünya
Putinin “Stels”i: Amerikanın hakimiyyətinə son qoyulur? - VİDEO
Rusiyanın “Suxoy” şirkətinin hazırladığı “T-50” qırıcısının ilk fotosu və videosu ortaya çıxdı. Qırıcının amerikalıların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola biləcəyi deyilir. Yeni təyyarənin “stels” (radara yaxalanmayan) imkanları haqqında isə məlumat hələ azdır.
İsrailin “Mako” nəşrində Şay Levi yazır ki, onu diqqətlə izləmək lazımdır. Onun fikrincə, Rusiyadan silah alan ölkələrin siyahısını nəzərə alaraq “T-50”-nin yaxın vaxtlarda məhz Yaxın Şərq regionunda görünəcəyini ehtimal etmək olar.
Amerikalı həmkarlarından fərqli olaraq, ruslar özlərinin yeni təyyarəsi haqqında məlumatları açıqlamağa üstünlük vermirlər. “T-50” haqqında olan informasiyanın çox hissəsi qeyri-rəsmi mənbələrdən alınır. Bu informasiyalara əsasən, təyyarənin maksimal surəti saatda 2000 kilometrə çatır və əlavə yanacaq doldurmadan 5000 kilomert uçur. Rusiyada iddia edirlər ki, təyyarə yeddi tona qədər silah, həmçinin “hava-hava” sinfindən olan raketləri və müxtəlif “ağıllı bombalar”ı daşıya bilir.
Rusiya Hərbi Hava Qüvvələrinin yüksək vəzifəli zabiti “Sputnik” agentliyinə müsahibəsində deyib ki, Rusiya təyyarəsi avionika, kompüter sistemləri və radar imkanları baxımından Amerika analoqlarından geri qalmır. O, qeyd edib ki, onlar radar sisteminə görə amerikalı analoqları üstələyir. Bəzi məlumatlara görə, “T-50” kəşfiyyat məlumatları toplamağa, onları başqa təyyarələrə verməyə, hətta “kiber müharibəsi” aparmağa qadirdir. Amerikanın “F-35” qırıcıları da eyni qabiliyyətlərə malikdir.
Amerika və Avropa mənbələri isə iddia edirlər ki, texnologiya sıçrayışı Rusiyanın iddia etdiyi qədər böyük deyil. Onların sözlərinə görə, mühərrik “Su-35”-in mühərrikinin müasirləşməsidir və radarlardan yayınmaq imkanları baxımından “F-35”-dən geri qalır.
“T-50”-nin qiyməti barəsində də ziddiyyətli məlumatlar var. “F-22”-nin qiyməti hazırda 140 milyon dollardır (amma yaxın vaxtlara qədər 170 milyon dollar idi). “F-35”-in qiyməti əvvəlcə 150 milyon dollar təşkil edirdi və hazırda 100 milyon dollar olub. Rusiya mənbələrinin məlumatına görə, “T-50” 50 milyon dollardan bahalı olmayacaq. Baxmayaraq ki, yüksəktexnologiyalı təyyarənin sıfırdan yaradılması baha başa gəlir. Amma qeyd etmək lazımdır ki, bu, qeyri-rəsmi informasiyadır.
Yüksək vəzifəli tədqiqatçı, Fişer Strateji Tədqiqatlar İnstitutundakı Kosmik Tədqiqatlar Mərkəzinin rəhbəri Tal İnbar beşinci nəsil təyyarələrinin müqayisəli analizini aparıb. O, vurğulayıb ki, “stels” texnologiyası təyyarələrin beşinci nəslini müəyyən edən parametrlərdən yalnız biridir: “Bu təyyarələrdə ən yüksək mühərriklər var. Onlar kəşfiyyat məlumatlarını müstəqil toplaya bilirlər. Təyyarə ən güclü kompüter sistemləri ilə təchiz edilib. Sadəcə köhnə təyyarəni müasirləşdirmək olmaz. Müasirləşmə və təkmilləşməyə baxmayaraq, o, beşinci nəsil təyyarəsi olmayacaq”.
İnbar əlavə edib ki, “T-50”-nin mühərrikləri təkmilləşdirilib: “Təyyarə həqiqətən beşinci nəsil təyyarəsinə oxşardır. Biz onun imkanlarını bilmirik, amma aeronavtika sahəsində rusların nailiyyətləri məşhurdur. Biz təyyarənin materiallarının keyfiyyəti və onun elektron sistemləri haqqında da heç nə bilmirik. Amma biz bilirik ki, rusiyalılar elektronika sahəsində amerikalılardan geri qalırlar”.
Onun sözlərinə görə, açıq olan məlumatlar “T-50”nin real keyfiyyətlərini qiymətləndirməyə imkan vermir.
Görünür ki, təyyarənin əsas problemi maliyyənin çatışmazlığıdır. Hazırda beş prototip uçuşlara hazırdır, amma təyyarənin sınaqları tez-tez təxirə salınıb. Təyyarənin seriya istehsalı 2015-ci ildən 2017-ci ilə keçirilib. Amma bunun da son tarix olmayacağı ehtimal edilir.
İnbar aprel ayında aviasiya üzrə beynəlxalq konfransda iştirak edirdi. O, çıxışında bildirdi ki, əsas suallardan biri ABŞ-dan başqa heç kəsin beşinci nəsil təyyarəsini yaradıb-yaratmadığıdır. Onun fikrincə, ABŞ-ın hökmranlığı bölünməz deyil: “Başqa ölkələr də bu cür təyyarələri yaratmağa qadirdir. Rusiya bu ölkələrin siyahısına daxildir. İsrailə “F-35” lazımdır. Yaxın Şərqdə hansısa bir anda beşinci nəsil təyyarələri görəcəyik. Bu, yalnız vaxt məsələsidir. Amerika inhisarçılığı əbədi olmayacaq. Mümkündür ki, istehsal sabah başlanmayacaq. Amma unutmaq lazım deyil ki, Rusiya silah satır və buna görə də İsrail regionun beşinci nəsil təyyarələri olan tək ölkəsi olmaya bilər”.
“F-35”-in istehsalçısı “Loskheed Martin” şirkətinin bəyanatına görə, onların təyyarəsi Rusiyanın “T-50”-sinin öhdəsindən gələ gələr bilər. “F-35” bu gün dünyada ən müasir təyyarədir. Amma on il sonra nə olacaq? Bu haqda on il sonra danışacağıq. On il sonra “stels” texnologiyalı təyyarələri hazırlayan ölkələr çıxacaq: Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və İsveç. Müxtəlif ölkələrdən olan istehsalçılar bunun üzərində işləyirlər”, - şirkətdən bildirilib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən il Moskvada Qırmızı meydanda Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş paradda ən yeni beşinci nəsil qırıcılarını çıxarmağa qərar vermişdi. Son anda “T-50” qırıcıları tam hazır olmadığından onların yerinə Rusiya Hərbi Hava Qüvvələrinin ən yeni təyyarəsi “Su-35” iştirak etmişdi.
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat rəhbəri
general-leytenant Dev Deptula rusların yeni qırıcısı barədə bunları
bildirib: ”T-50-nin xarakterik göstəricilərinə aid olan
məlumatlarda qeyd olunur ki, onun kifayət qədər müasir
konstruksiyası var və bu maşın bir çox ekspertlərin fikrinə görə,
hətta amerikanların beşinci nəsil təyyarələrindən də üstündür.
Sözsüz ki, ”T-50”-nin dönmə hərəkətləri və quyruqdakı dayaq dartı
vektoruna görə “F-35”-ə nisbətən daha yaxşı xarakteristik
göstəricilərə malikdir”.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO