Əsl "demokratiya": yazı saytdan çıxarıldı, jurnalist qovuldu - VİDEO
Bizi izləyin

Dünya

Əsl "demokratiya": yazı saytdan çıxarıldı, jurnalist qovuldu - VİDEO

ABŞ-ın və dünyanın ən məşhur, nüfuzlu qəzetlərindən sayılan "The Huffington Post"-un tanınmış yazarı Devid Simanın sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun səhhəti ilə bağlı yazılar seriyası Birləşmiş Ştatlarda geniş rezonans doğurmaqla yanaşı, jurnalist üçün çox ciddi başağrısına çevrilib.

Jurnalistin yazıları "The Huffington Post"-un saytından silinib, Simanın saytdakı akkauntu isə bağlanıb.

Bu ay Siman prezidentliyə namizəd Hillari Klintonun sahhəti ilə bağlı "Hillarinin səhhəti əladır: tutmalarını, ağrılarını, adrenalin iynələrini hesaba almasaq" (saytdan silinmiş "Hillary Clinton's Health Is Superb (Aside From Seizures, Lesions, Adrenaline Pens" məqaləsinin Google-dakı keşi) və "Donald Tramp Hillari Klintonu xəstəlik tarixçələri savaşına çağırır" (Donald Trump Challenges Hillary Clinton To Health Records Duel) məqalələrini dərc edərək ABŞ prezidentinə namizəd olan Hillari Klintonu səhhəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatlar verməyə dəvət etmişdi.

Lakin az sonra hər iki məqalə "The Huffington Post"-un saytından heç bir səbəb göstərilmədən silinib.

Devid Siman da silinmiş məqalələrinin skrin-şotlarını Twitter-dəki akkauntunda paylaşmışdı. Onun qəzetin saytındakı akkauntu qapananda isə jurnalist yazıb: "Bəyəm biz Konstitusiyaya birinci düzəlişlə qorunmuruq?!"

Breitbart xəbər verir ki, "Huffington Post" jurnalist Devid Simanı işdən qovub. Bununla bağlı qəzet heç bir rəsmi açıqlama verməyib.

Xatırladaq ki, ABŞ-ın populyar həkimlərindən olan doktor Dryu Pinski radioşousunda H.Klintonun səhhətini müzakirə etdiyi üçün onun proqramı qapadılıb. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm