Dünya
Amerikalılar öldürüldü, “Mehmetcik” və kürdlər razılaşdı – ŞOK İDDİA
Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Fərat Qalxanı” əməliyyatı ilə əlaqədar ABŞ-dan sürpriz bir iddia gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Con Tomas türk və kürd qrupların (PYD/YPG) qarşıdurmaya girməmək barədə təminat verdiklərini bildirib.
Onun sözlərinə görə, məqsəd əsas diqqəti Suriyada İŞİD təhlükəsinə ayırmaqdır.
Bu açıqlamanın Münbicdə PKK-nın sıralarında döyüşən üç amerikalı əsgərin öldürülməsindən dərhal sonra verilməsi diqqətdən yayınmayıb. Türkiyə hərbi mənbələri isə YPG ilə hər hansı bir razılaşmanın olmadığını bildiriblər.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic kürd qrupların tezliklə Fərat çayının şərqinə çəkilməli olduğunu deyib. O, Münbiç əməliyyatından sonra Fərat çayının qərbində PYD/YPG güclərinin qalmayacağına dair ABŞ-ın üzərinə götürdüyü öhdəliyi xatırladıb.
CENTCOM-un rəhbəri, generalı Cosep Votel isə Suriyanın şimalında İŞİD-lə mübarizə aparan qrupların öz aralarında döyüşmək istəmədiklərini deyib. “Kürdlərin böyük hissəsi hazırda Fərat çayının şərqindədir. Bizə verdikləri öhdəliklərə sadiq qaldılar”, - amerikalı general əlavə edib.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO