Dünya
Məkkədə 4 nəfər virusdan öldü
Səudiyyə Ərəbistanında yayılan MERS virusu son bir sutka ərzində 4 nəfərin ölümünə səbəb olub. Ümrə ziyarəti üçün bu ölkədə olan 1 türk zəvvar da olmaqda daha 36 nəfər bu virusa yoluxub. MERS virusunun intensiv şəkildə yayılmasından sonra kral Abdullah səhiyyə nazirini işdən çıxarıb. Yeni nazir Adil Faqih isə ilk olaraq Ciddə şəhər xəstəxanasında yatan MERS-ə yoluxmuş xəstələri ziyarət edib.
İlk dəfə Səudiyyə Ərəbistanında dəvələrdən və ya keçilərdən
yoluxduğu güman edilən MERS virusu 2002 – 2003-cü ildə aşkarlanıb.
Bu virus da SARS virusu kimi yuxarı tənəffüs yollarında təsirli
olur. Virusun əlamətləri qızdırma, öskürək, nəfəs çatışmazlığı,
qarın ağrısı, ishal və qusma olaraq bildirilib.
Dünya Səhiyyə Təşkilatı bildirir ki, indiyə qədər bu xəstəliyə 238
nəfər yaxalanıb, onlardan 92 nəfəri ölüb.
XXI əsrin ən təhlükəli viruslarından hesab olunan MERS, SARS-a görə
8 dəfə çox təsir gücünə malikdir. /anspress.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ