Dünya
"Ərdoğanı dinləyirsinizmi?"- Obamanın cavabı
ABŞ prezidenti Barak Obama Almaniyanın ZDF kanalında qatıldığı
bir proqramda xəbər aparıcısı Klaus Kleberin Türkiyənin baş naziri
Rəcəb Tayyib Ərdoğanla bağlı bir sualına cavab verməli olub.
Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,
Obamaya "Ərdoğanı dinləyirsinizmi" sualı verilib.
Almanya baş naziri Angela Merkelə mobil telefonunu artıq
dinləməyəcəyi ilə bağlı söz verən ABŞ prezidenti alman jurnalistin
sualına cavab verərkən Ərdoğan üçün belə bir öhdəlik götürməyib.
Obama
"Ölkə-ölkə şərh verməyəcəyəm. Birlikdə
işlər gördüyümüz yaxın dost və müttəfiqlərimiz var.
Bizim
üçün əhəmiyyətli olan yaxından əməkdaşlıq etdiyimiz ölkələrlə
aramızdakı etibarı qorumaqdır.
Almaniya və ya digər başqa bir ölkənin kəşfiyyatı kimi bizim
kəşfiyyatımız da dünyadakı hər bir ölkənin niyyətləri ilə
maraqlanmağı davam etdirəcək. Bu vəziyyət dəyişməyəcək.
"New
York Times" və ya "Der Spiegel"də oxuya biləcəklərimlə
kifayətlənmək istəsəydim, o halda kəşfiyyat qurumlarına da ehtiyac
olmazdı" sözləri ilə dinləmə fəaliyyətlərinin normal olduğunu
vurğulayıb.
Ömər Dağlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO