Türkmanların vətənində İŞİD-lə döyüş: çoxu öldürüldü - CANLI YAYIM - – VİDEO
Bizi izləyin

Dünya

Türkmanların vətənində İŞİD-lə döyüş: çoxu öldürüldü - CANLI YAYIM - – VİDEO

Mosul əməliyyatı ilə küncə sıxdırılan İŞİD terror təşkilatı ötən gecə Kərkükə sızıb.

Ötən gecə Kərkükdə dövlət binalarına hücum edən İŞİD terrorçularının çoxu öldürülüb, sağ qalanlar isə Məcidiyyə prospektində yerləşən bir oteldə mühasirəyə alınıb.

Peşmərgələrin olduğu əraziyə hərəkət edən İŞİD-çi kamikadze isə təhlükəsizlik gücləri tərəfindən öldürülüb.

***

Mosul əməliyyatı ilə küncə sıxışdırılan İŞİD terror təşkilatı ötən gecə Kərkükə sızıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məscidlər və məktəblərə girən terrorçular mülki vətəndaşları girov alıb.

Dövlət binalarına hücumda 16 nəfər həyatını itirib. İŞİD paytaxtı Bağdada sızmasının qarşısını almaq üçün Kərkük ilə Bağdad arasındakı yollar bağlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm