Qəddafinin sirrini 14 milyona satacaq
Bizi izləyin

Dünya

Qəddafinin sirrini 14 milyona satacaq

ABŞ-ın keçmiş Dövlət Katibi Hilari Klinton memaur yazacaq.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, o, bu məqsədlə “Simon Schuster” nəşriyyatı ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə Hilari Klinton bu kitabından 14 milyon dollar gəlir əldə edəcək. O, kitabda Amerikanın Çinlə gizli əlaqəsi və Liviyanın keçmiş lideri Qəddafinin ölümü ilə əlaqədar bu günə qədər heç bir yerdə nəşr edilməmiş məlumatları yazacağını bildirib.

Qeyd edək ki, Hilari Klintonun bu kitaba görə bağladığı 14 milyon dollar dəyərində müqavilə dünyanın ən böyük ikinci kitab müqaviləsidir. Birincisi onun həyat yoldaşı Bill Klintonun öz həyatından bəhs edən romanı - “Mənim həyatım”dır. Bu kitaba görə nəşriyyat tərəfindən Bill Klintona 15 milyon dollar ödənilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm