Dünya
“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Macarıstanda səfərdə olan Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri Janos Martonyi ilə görüşüb.
Publika.az – a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumata verilib.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Vişeqrad qrupu və Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedib.
Görüş əsnasında Azərbaycan Respublikası ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üçün aparılan danışıqlar barəsində məlumat verib və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
E.Məmmədyarov bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və ikitərəfli əsasda digər dövlətlərlə imzalanmış sənədlərdə əks olunduğu kimi beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını və bu ərazilərdə etnik təmizləmə aparıldığını anlayır və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. BMT TŞ-nın qətnamələrinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması haqqında tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini deyən azərbaycanlı nazir Ermənistanın beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını dilə gətirib.
E.Məmmədyarov Avropa İttifaqının münaqişə ilə əlaqədar beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqe tutmasının
qətiyyətli şəkildə nümayiş etdirilməsinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verəcəyini qeyd edib.
O, regionda sülh, sabitlik və hərtərəfli iqtisadi inkişafın təmin
olunması üçün geniş imkanların yaranacağını diqqətə çatdırıb.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ