Tramp demokratların “təhlükəsizlik divarı”nı ələ keçirir (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Tramp demokratların “təhlükəsizlik divarı”nı ələ keçirir (YENİLƏNİR)

ABŞ-da prezident seçkilərində səsvermənin ilk nəticələri elan edilib.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu-Hempşir ştatının üç şəhərində keçirilən seçkilərin nəticəsinə görə liderlik edir.

Tramp Diksvill Notç, Harts-Lokeyşen və Milsfildən 32 səs toplayıb. Demokratların namizədi Hillari Klinton 25 səs qazanıb.

Xatırladaq ki, Nyu-Hempşir ştatını demokratların “təhlükəsizlik divarı” adlandırırlar. Onlar son altı prezident seçkisinin beşində ştatda qalib gəlib. Tək istisna respublikaçı Corc Buş təşkil edib. O, 2000-ci ildə ştatda qalib gəlib.

***

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ilk qələbəsini qazanıb.

Tramp Nyu-Hempşir ştatının Millsfild şəhərində keçirilən səsvermənin nəticəsinə görə qalib gəlib. Tramp Demokratlar Partiyasının namizədi Hilari Klintonun dörd səsinə qarşı 16 səs alıb. Artıq Trampın nümayəndələri onun ilk qələbəsini şərh ediblər.

“Bu trendlər bizim xoşumuza gəlirlər”, - deyə “Twitter”də Trampın seçki qərargahının başçısı Kellienn Konvey yazıb.

***

ABŞ-da prezident seçkilərində səsvermənin ilk nəticələri elan edilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Nyu-Hempşir ştatının Diskvill Notç şəhərində səsvermənin nəticələrinə görə, Demokratlar Partiyasının namizədi Hilari Klinton qalib gəlib.

Klinton şəhərdən 4, Tramp isə 2 nəfərin səsini alıb.

ABŞ-ın şərqində seçki məntəqələri yerli vaxtla 14:00-də açılacaq. Bundan sonra ölkənin digər ərazilərində seçki məntəqələri açılmağa başlayır. İlk nəticələr Nyu-Hempşir ştatının üç şəhərindən -Diksvill Notç, Harts-Lokeyşen və Milsfildən gəlir. Burada seçki məntəqələri gecə yarısında açılır və tezliklə bağlanır.

Diksvill Notçda gecə yarısında səsvermə ənənəsi 1960-cı ildə yenidən qoyulub. Şəhər seçkiləri qeyri-adi vaxtda keçirmək hüququ alıb.

Nyu-Hempşir ştatının demokratların “təhlükəsizlik divarı” adlandırırlar. Onlar son altı prezident seçkisinin beşində ştatda qalib gəliblər. Tək istisna respublikaçı Corc Buş təşkil edib. O, 2000-ci ildə ştatda qalib gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm