Dünya
Yunanıstan Türkiyənin tələbini rədd etdi
Yunanıstan “Sabancı Holdinq”in İdarə Heyətinin üzvü Özdemir Sabancıya qarşı sui-qəsddə şübhəli sayılan şəxsi Türkiyəyə verməkdən imtina edib.
Publika.az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Larisa Apelyasiya Məhkəməsi "İnqilabi xalq azadlıq partiyası-cəbhəsi" (DHKP-C) terror təşkilatının üzvü İsmayıl Akkolun Türkiyəyə ekstradisiya olunmayacağını açıqlayıb.
İ.Akkolun yenidən Larisa həbsxanasına aparılıb. O, ötən ilin fevral ayında Afinada çoxlu sayda silah və partlayıcı maddə ilə saxlanılmışdı. Buna görə də onun barəsində istintaqın davam edəcəyi bildirilir.
Aprel ayının əvvəlində isə Selanik Apelyasiya Məhkəməsi DHKP-C üzvü Fevzi Tekinin də Türkiyəyə qaytarılmaması barədə qərar çıxarmışdı. O, da İ.Akkol eyni vaxtda həbs edilmişdi. Türkiyə bir il əvvəl Afinada saxlanılan DHKP-C üzvü Fevzi Tekinin ekstradisiyası xahişi ilə Yunanıstana müraciət etmişdi.
DHKP-C terror təşkilatı ötən il Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilmiş terror aktının təşkilatçısıdır. Terror aktı nəticəsində 46 nəfər həlak olmuş, 155 nəfər isə xəsarət almışdı.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ