Dünya
Daha bir tarix yer üzündən silindi
İŞİD terrorçuları Suriyanın Palmira şəhərində Roma İmperiyası dövrünə aid olan qədim teatr binasını dağıdıb.
Publika.az xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Məlumatda deyilir ki, İŞİD terrorçuları qədim Roma teatrını toplarla atəşə tutaraq, darmadağın ediblər.
Xatırladaq ki, ötən gün Suriya ordusu Palmirada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyata Rusiya ordusu havadan dəstək verib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi, general-polkovnik Sergey Rudskoy isə İŞİD-in Palmiranı partladacağı barədə kəşfiyyat məlumatı əldə etdiyini bəyan edib: “Əlimizdə olan kəşfiyyat məlumatlarına əsasən, İŞİD terrorçuları partlayıcı maddələrlə dolu avtomobillərlə Palmiraya doğru yola çıxıb. İŞİD bu partlayıcı maddələrlə palmirada mövcud olan antik tarixi və mədəni abidələri məhv etməyi planlaşdırır”.
Vasif Həsənli
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ