Özəl klinikanın sahibini döyə-döyə öldürdülər
Bizi izləyin

Dünya

Özəl klinikanın sahibini döyə-döyə öldürdülər

Faktla bağlı cinayət işi açılıb.

Moskvada iki naməlum şəxs özəl klinikanın sahibini amansızcasına döyərək öldürüblər.

Publika.az xəbər verir ki, hadisənin görüntülərini Life nəşri yayıb. Bildirilir ki, insident fevralın 5-də Kiçik Filyovskaya küçəsində baş verib.

Başından ağır zədələr alan 58 yaşlı Andrey İstomini yerli sakinlər aşkarlayıblar. Zərərçəkən xəstəxanaya çatmamış yolda dünyasını dəyişib.

Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm