ABŞ-ın ən yaşlı sakini vəfat etdi
Bizi izləyin

Dünya

ABŞ-ın ən yaşlı sakini vəfat etdi

ABŞ-ın ən yaşlı sakini vəfat etdi.

Birləşmiş Ştatların ən yaşlı sakini 114 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Fox News" telekanalı məlumat yayıb.

Adel Danlap doğma ştatı Nyu-Cersinin Fleminqton şəhəri yaxınlığındakı xəstəxanada keçinib.

1902-ci ildə Nyuarkda dünyaya gəlmiş Danlap ailə quranadək müəllim işləyib, üç uşaq böyüdüb. Uzunömürlü qadının sığorta şirkətində işləyən əri 1963-cü ildə dünyadan köçüb.

Amerikanın "Gerontology Research Group" Gerontologiya Xidməti əməkdaşlarının məlumatına görə, indi ABŞ-ın ən yaşlı sakini 113 yaşlı Delfin Qibson hesab olunur. O, Pensilvaniya ştatında yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm