Dünya
Korrupsiya və terrorizm arasındakı əlaqə tapıldı
Ölkədə korrupsiyanın yüksək səviyyəsi terror fəaliyyətinin artmasına imkan yaradır, həmçinin terror təşkilatlarına yeni üzvləri cəlb etməyə imkan verir.
Publika.az xəbər verir ki, bu barədə Qərb ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilən “Transparency International” beynəlxalq təşkilatının yeni məruzəsində deyilir.
Təşkilatın tədqiqatının nəticələrinə əsasən, korrupsiya üç üsulla terror fəaliyyətinin inkişafına imkan yaradır. Birincisi, terror qruplaşmalarının üzvləri vətəndaşların narazılığından onları öz sıralarına cəlb etmək üçün istifadə edirlər. İkincisi, korrupsiya dövlət institutlarını əhəmiyyətli dərəcədə zəiflədir. Bu halda isə dövlət institutları ekstremistlərin fəaliyyətinə effektiv müqavimət göstərə bilmirlər. Üçüncüsü, məmurların korrupsiyaya bulaşması döyüşçülərə maliyyə və silah axınlarının hərəkətini təmin etməyə imkan verir.
“Transparency International” korrupsiya ilə mübarizə üzrə qeyri-hökumət beynəlxalq təşkilatının əsası 1993-cü ildə Ümumdünya Bankının keçmiş regional direktoru Piter Eygen tərəfindən qoyulub. Təşkilatın dünyada 100-dən filialı işləyir. “Transparency International” əsasən hökumətlərin, xüsusi halda ABŞ, Almaniya, Böyük Britaniya və Avropa Komissiyası, həmçinin Beynəlxalq İnkişaf Agentliyi (USAID), Demokratiya naminə Milli Fond (NED) və Soros Fondu tərəfindən maliyyələşir.
Təşkilatın rəhbərlərinin ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) və Britaniyanın Mi-6 kəşfiyyat xidməti əlaqələrinin olduğu bildirilir.
2015-ci ilin aprelində Rusiya Federasiyasının Ədliyyə Nazirliyi təşkilatın Rusiya filialını “xarici agentlər” reyestrinə daxil edib. Bildirilib ki, xaricdən maliyyələşdirilən təşkilat siyasi fəaliyyətlə məşğul olur.
Ömər Dağlı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO