Dünya
Çin Aya astronavt göndərmək üçün gəmi yaradır
Çin mühəndisləri 4 astronavtın Aya göndərilməsi üçün idarə oluna bilən gəminin yaradılması üzərində işləyirlər.
Publika.az xəbər verir ki, bu barədə Çinin idarə oluna bilən kosmik gəmilər proqramının baş konstruktoru Çjan Baynan məlumat verib.
Çinlilərin fikrincə, hazırlanan nəqliyyat vasitəsindən bir neçə dəfə istifadə etmək mümkün olacaq.
Çjan Baynan bildirib ki, hazırda idarə oluna bilən xarici gəmilər beynəlxalq kosmik stansiyaya 6-ya qədər astronavt göndərə bilirlər. Aya eniş üçün bu rəqəm 3-4 nəfərə qədər azalır. Gəmi yaradıcılarının planı beynəlxalq kosmik stansiyaya astronavt göndərmək üçün istifadə olunan qabaqcıl gəmilərdən geri qalmayan kosmik aparat ərsəyə gətirməkdir.
Bundan əvvəl Pekinin 2036-cı ilədək Aya astronavt göndərmək niyyətində olduğu bildirilirdi. (Report)
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ