Ermənistanda parlament seçkilərinin ilk nəticələri
Bizi izləyin

Dünya

Ermənistanda parlament seçkilərinin ilk nəticələri

Digər partiya və bloklar 4%-dən az səs toplaya bilib.

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 106 məntəqədən protokollar MSK-ya daxil olub.

İlk yeri səslərin 59,99%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (22,12%), üçüncü yerdə isə “Daşnaksutyun” partiyasıdır (8,37%).

Digər partiya və bloklar 4%-dən az səs toplaya bilib.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm