Polşada yaşayış evində partlayış - Ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Polşada yaşayış evində partlayış - Ölən və yaralananlar var

Hadisə zamanı evdə 15 nəfər olub.

Polşanın Svebodziç şəhərindəki yaşayış evlərindən birində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə Polşa radiosu ölkənin Dövlət Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Daniel Muxaya istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı 3 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib. Hadisə zamanı evdə 15 nəfər olub.

Ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Ərazidə axtarış-xilasetmə qrupu və 5 tibbi helikopter çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm