Ərdoğan ona "yox" deyənlərə qarşı hansı addımlar atacaq? - ŞƏRH
Bizi izləyin

Dünya

Ərdoğan ona "yox" deyənlərə qarşı hansı addımlar atacaq? - ŞƏRH

Türkiyə cəmiyyətində yeni sistemə keçidlə bağlı qorxu var idi.

Türkiyədə dünən keçirilən referendumda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi “bəli cəbhəsi” 51,4 faiz səslə qalib gəldi. Lakin “xeyir” cəbhəsinin 48,6 faiz səs toplaması ək tərəfin də güclü olduğunu göstərdi. Halbuki, proqnozlar indiyə qədərki seçkilərdə 60 faiz və yuxarı səslə qalib gələn AKP-nin bu seçkidə də eyni göstəricilərə nail olacağı ilə bağlıdır. Bunun səbəbləri, həmçinin, prezident üsul-idarəsinin qəbul edildiyi Türkiyənin daxili və xarici siyasətdə necə təsir bağışlayacağı maraqlıdır.

Image result for natiq Miri
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, siyasi ekspert Natiq Miri Türkiyədə referendumun nəticələrini Publika.az-a şərh edib.


Niyə 51,4 faiz?

N.Miri qeyd edib ki, “bəli” cəbhəsinin 51,4 faiz səslə qalib gəlməsi AKP-nin, eləcə də MHP-nin daxilində fikir ayrılığının olduğunu əks etdirdi: “Lakin unutmaq lazım deyil ki, Türkiyə cəmiyyətində yeni sistemə keçidlə bağlı qorxu var idi. Bunun bir səbəbi 1923-cü ildən bəri davam edən sistemin birdən-birə dəyişməsinin yaratdığı narahatlıqdır. Yəni cəmiyyət buna tam hazır deyildi. İkinci səbəbi isə “xeyir” cəbhəsinin referendumda “bəli” çıxacağı təqdirdə, baş verəcək hadisələr haqda xof yaratması idi. Bütün bunlarla yanaşı, Türkiyənin “strateji müttəfiqləri” olan NATO ölkələri də “bəli”yə qarşı çıxır, “xeyri” dəstəkləyirdilər. Həmçinin, milyonlarla olan kürdləri də diqqətdən qaçırmamalıyıq. Diyarbəkir və digər ərazilərdəki kürdlər ya PKK-nı dəstəklədikləri, ya da PKK-dan qorxduqları üçün “xeyir” cəbhəsində yer almışdılar. Bütün bunlara baxmayaraq, 51,4 faiz səslə qalib gəlmək o deməkdir ki, Türkiyə cəmiyyəti öz sözünü dedi. Hesab edirəm ki, bu, Türkiyənin gələcəyi baxımından müsbət haldır”.

Daxili siyasət

Siyasi ekspert prezident-üsul idarəsində Türkiyənin daxili vəziyyətinin necə olacağını da şərh edib.

“Əks qüvvələrin iddialarına baxmayaraq, Türkiyə demokratik ölkədir və deyilənlərin əksinə olaraq, bundan sonra da CHP, MHP kimi böyük partiyalar siyasi arenada öz rollarını oynayacaqlar. Digər tərəfdən, Türkiyə prezidenti, AKP komandası ölkənin yarısının onlara qarşı olduğunu gördü. Buna görə də qütbləşmə olmaması üçün, AKP bütün cəmiyyəti qucaqlamaq siyasəti aparacaq və daha demokratik mühitin yaradılmasına çalışacaq. Lakin referendumdakı nəticələr AKP də daxil olmaqla bütün siyasi partiyalara bir ibrət oldu. Siyasi partiyalar öz daxillərində demokratik islahatlar aparmalıdır”, - deyə o vurğulayıb.

Xarici siyasət

N.Miri Türkiyənin xarici siyasətdə güclənəcəyini hesab edir: “Daxildə stabilliyi yaradan güclü prezident komandası Türkiyəni irəli aparacaq. Əgər Türkiyə bunu bacaracaqsa, həm ABŞ, həm Avroatlantik, həm Rusiyanın siyasətində əsas faktor rolunda çıxış edə bilər. Yəni qlobal problemləri Türkiyəsiz həll etmək mümkün olmayacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm