Dünya
Şiddətli döyüşlər gedir - BÖYÜK HÜCUMUN ANONSU
Türkiyə Silahlı Qüvvələri ilə YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı - red.) arasında Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Şanlıurfa vilayətinin Suruç və Akçakale mahalları arasındakı əraziyə Suriyanın PYD nəzarətindəki bölgədən minaatanlardan atəş açılıb.
Türkiyə ordusunun cavab atəşi ilə başlayan qarşıdurmada 3 YPG döyüşçüsü öldürülüb.
Bundan başqa, YPG-nin nəzarətində olan Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay vilayətinin Hassa mahalında yerləşən Gökhan sərhəd-keçid məntəqəsi də minaatanlardan atəşə tutulub. Dünən gecə başlayan döyüşlər hazirda fasilələrlə davam edir.
Son qarşıdurmalardan sonra sərhəd xəttinə əlavə güclər göndərilib.
Qeyd edək ki, Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalayıb. Bombardman nəticəsində terror təşkilatının kommunikasiya müəssisələri və 70-dən çox döyüşçüsü məhv edilib. Bombardman ekspertlər tərəfindən hər iki ölkədə terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatın anonsu kimi qiymətləndirilir.
Ömər Dağlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər