Evində saxladığı 6 bacını zorlayan 51 yaşlı kişi ömürlük həbs edildi - - FOTO
Bizi izləyin

Dünya

Evində saxladığı 6 bacını zorlayan 51 yaşlı kişi ömürlük həbs edildi - - FOTO

6 bacını evində seks köləsi kimi istifadə edən kişi ömürlük həbs edilib.

51 yaşlı Lii Kaplan adlı kişi 12 qadın və gənc qızları evinə həbs edib.

O, qadınların hamısını zorlayıb və ən böyük qurbanından onun uşağı da doğulub.

Onlardan 6-sı Daniel və Savillanın qızlarıdır.

Məhkəmədə deyilənə görə, ailə onlara maddi yardım edən 51 yaşlı Liiyə qızlarını "hədiyyə" olaraq veriblər.

Ailəsi qızlarını satdığına görə saxlanılıb. Onlar məhkəmədə hər şeyi etiraf ediblər.

Lii Kaplan isə ötən gün keçirilən məhkəmədə qızları zorlaması ilə bağlı deyilənləri rədd edib.

Qurbanlar isə məhkəməyə çıxarılaraq Liinin özünü peyğəmbər zənn etdiyini və onları zorladığını dilə gətiriblər.

Lii ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, uzun müddət Liinin evindən qəribə səslər eşidən qonşular polisə xəbər verərək dəhşətli cinayətin üstünü açıblar. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm