Prezidentin Ərdoğandan İstədiyi jurnalist deportasiya edilir
Bizi izləyin

Dünya

Prezidentin Ərdoğandan İstədiyi jurnalist deportasiya edilir

Türkiyədə saxlanılan fransız jurnalist Matias Depardan ölkəsinə təhvil veriləcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantepdən İstanbula gətirilən Depardon axşam saatlarında Parisdə olacaq.

Xatırladaq ki, Türkiyədə PKK terror təşkilatının fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməkdə ittiham olunan fransalı jurnalist mayın 8-də saxlanılmışdı. “National Geographic” dərgisinin tapşırığı ilə Batman əyalətinin Hasankeyf rayonuna çəkilişə yollanan Depardon tərcüməçisi ilə birlikdə yerli polis əməkdaşları tərəfindən saxlanılıb.

Dindirildikdən sonra jurnalist məhkəmə qarşısına çıxarılıb. Məhkəmə Matias Depardonun ölkədən deportasiya olunmasına dair qərar qəbul edib.

Brüsseldə keçirilən NATO sammitində Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan azad edilməsini istəmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm