NATO qırıcısı Rusiyanın müdafiə nazirinə belə "HÜCUM ETDİ" - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

NATO qırıcısı Rusiyanın müdafiə nazirinə belə "HÜCUM ETDİ" - VİDEO (YENİLƏNDİ)

“Ulduz” telekanalı NATO-nun F-16-ı qırıcısının Baltik dənizinin üzərində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmasının görüntülərini yayıb.

Rusiya Müdafiə Nazirliyi hadisəni hələ şərh etməyib.

***

NATO-nun F-16 qırıcısı Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

Məlumata görə, NATO təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.

NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı silahları NATO qırıcısına “göstərib”. Bundan sonra F-16 geri çəkilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm