Dünya
NATO Rusiyanın bütün Qərb sərhədlərini blokadaya alır
Finlandiya gələn ayının sonuna kimi NATO ilə qarşılıqlı anlaşma haqqında protokol imzalayacaq.
Publika.az – ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Finlandiya müdafiə naziri Karl Haqlun bildirib.
“Stop NATO" saytının yaradıcısı, amerikalı araşdırmaçı Rik Rozoffun fikrincə, NATO-nun Finlandiya və İsveçlə münasibətlərini möhkəmləndirməsi ittifaqın Rusiyanın şimal-qərbinə nəzarətinə imkan verəcək. “NATO-nun Finlandiya və İsveçin yaxınlaşması ona gətirib çıxaracaq ki, ittifaq və ABŞ-ın hərbi gəmiləri Baltika, Barents, Şimal və Norveç dənizlərinə azad giriş əldə edəcək”, - amerikalı ekspert bildirib.
NATO və Finlandiya arasında imzalanacaq protokol hərbi alyansa bu ölkənin ərazisində hərbi təyyarələri və gəmilərini yerləşdirməyə imkan verəcək. Protokol həmçinin imkan verəcək ki, Finlandiya qoşun bölmələri və hərbi texnika ilə kömək göstərilməsi üçün xahiş etsin. Başqa sözlə, protokol Finlandiyaya NATO müqaviləsinin beşinci maddəsindən istifadə etməyə imkan verəcək. Həmin maddəyə görə, NATO-nun bir üzvünə hücum bütün üzv dövlətlərinə hücum hesab olunur və üzv dövlətlər bu hücumu birgə dəf etməlidirlər.
Finlandiyanın əhalisi isə ölkənin hərbi bloka üzvlüyünü dəstəkləmir. Son sorğulara görə, əhalinin yalnız kiçik bir hissəsi NATO-ya üzvlüyün tərəfdarıdır.
“Rusiya ilə Finlandiyanın 1200 kilometr ümumi sərhədi var. Əgər ABŞ və NATO qoşunları sərhədin bu hissəsində, həmçinin Baltika, Barents, Şimal və Norveç dənizlərinin sahil xətti boyunca yerləşdirilərsə, o halda analoji plan Ukrayna və Gürcüstanla bağlı da tətbiq olunacaq. Beləliklə, NATO Şimal Buzlu Okeanından Qara dənizə və Qafqaza qədər Rusiyanın bütün Qərb sərhədlərinin hərbi blokadasını möhkəmləndirəcək”,- ekspert yazır.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü halında, bütün Skandinaviya dövlətləri hərbi blokun üzvü olacaq. Hazırda Norveç, Danimarka və İslandiya NATO-ya daxildir.
Ömər Dağlı
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO