ABŞ-da məscidin qarşısında partlayış
Bizi izləyin

Dünya

ABŞ-da məscidin qarşısında partlayış

ABŞ-ın Minneapolis şəhərində məscid qarşısında partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib. Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Şahidlərin sözlərinə görə, naməlum şəxs partlayıcı qurğunu məscidin həyətinə ataraq yük maşınıyla qaçıb.

İnsident Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm