Almaniya danışıqlar üçün “5+1” formatı təklif etdi
Bizi izləyin

Dünya

Almaniya danışıqlar üçün “5+1” formatı təklif etdi

Şimali Koreya ətrafında böhranın siyasi həlli üçün “5+1” formatı üzrə danışıqlar aparılmalıdır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Almaniya kansleri Angela Merkel “Phoenix” telekanalına müsahibəsində bildirib.

“Ümid edirəm ki, BMT Təhlükəsizlik Şurası yekdil hərəkət etməyə davam edəcək. Bizim hədəfimiz danışıqlar formatını tapmaqdır. Mənim üçün tamamilə aydındır ki, bu məsələni sülh yolu ilə həll etmək lazımdır”, - o deyib.

Qeyd edək ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə altıtərəfli danışıqlar 2003-cü ilin avqustunda başlandı. Danışıqlarda Rusiya, Koreya Xalq Demokratik Respublikası, Cənubi Koreya, ABŞ, Çin və Yaponiyanın yüksək vəzifəli diplomatları iştirak ediblər. Danışıqların nəticəsində Pxenyan həm nüvə proqramını dondurub, həm də Yonbenedə eksperimental mərkəzdə reaktorun sökülməsinə başlayıb.

Ancaq 2008-ci ildən dialoq faktiki olaraq dalana dirənib. Buna səbəb isə nüvə proqramlarının siyahısının yoxlanılması üzrə Vaşinqton və Pxenyanın razılaşmaması, həm də Yaponiya və Cənubi Koreyanın nüvə proqramının imtinasına əvəz olaraq Pxenyana elektrik stansiyaları üçün adi yanacağı çatdırması üzrə öz öhdəliklərinin icrasından imtina etməsi olub.

Xatırladaq ki, Koreya böhranı Şimali Koreyanın ötən ay iki qitələrarası ballistik raketi sınaqdan keçirməsindən sonra daha da pisləşib. Bu ayın əvvəlində BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qətnaməni yekdiliklə qəbul edib. Lakin Pxenyan raket və nüvə proqramını dondurmaqdan imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm