Dünya
Rusiyada hücumu bu təşkilat həyata keçirib – VİDEO - (YENİLƏNDİ)
İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürüb.
Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu haqda terror qruplaşmasına yaxın olan "Amaq" agentliyi məlumat yayıb.
Polis isə terror aktını hücumun əsas versiyası kimi istisna edib.
Daha əvvəl məlum olub ki, silahlı kişi psixi xəstəlikdən əziyyət çəkdiyi təxmin edilən 1994-cü il təvəllüdlü yerli sakindir.
"Lenta.ru" saytının həmsöhbətləri onun davranışında qəribəliklərin olduğunu bildiriblər. Anonim mənbələrin məlumatına görə, o, Mərkəzi Asiya mənşəli Bobiçel Əbdülrəhmanovdur.
***
Rusiyanın Surqut şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Xantı-Mansiysk muxtar dairəsi üzrə idarəsinin saytında bildirilir.
Hücum nəticəsində 8 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
İdarədən bildirilir ki, silahlı şəxs hadisə yerinə gələn polislərə müqavimət göstərib. Təslim olmayan silahlı polis tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, maskalı olan şəxsin psixiki pozğunluğunun olduğu ehtimal edilir.
Digər bir informasiyaya görə, hücum edənlər 2 nəfər olub. Onlardan birinin hələ azadlıqda olduğu bildirilir.
Ömər Dağlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO