Adalar ələ keçirildi: paytaxtın işğalı ƏMR EDİLDİ
Bizi izləyin

Dünya

Adalar ələ keçirildi: paytaxtın işğalı ƏMR EDİLDİ

Koreya Xalq Demokratik Respublikası xüsusi təyinatlı dəstəsi Cənubi Koreyanın Pennyondo və Yonpxyondo adalarının tutulması üzrə təlim keçirib.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) məlumat yayıb.

Təlimlərin başlanması üçün şəxsən göstəriş verən Şimali Koreya lideri Kim Çen In təlimlərə baş çəkib.

Xüsusi təyinatlı güclər Cənubi Koreyaya məxsus adaları təqlid edən iki adaya zərbələr endirib. Hədəflərə döyüş təyyarələri, reaktiv yaylım atəş sistemləri və özüyeriyən qaubitsalar tərəfindən atəş açılıb. Təlimlərin ssenarisinə görə, rezin qayıqlarla, həmçinin suyun altı ilə gizli hərəkət edən desant adaları nəzarət altına alır.

STAK-ın xəbərinə görə, təlimlər Şimali Koreya lideri tərəfindən bəyənilib və zabitlərin yüksək döyüş ruhunu qeyd etdi. Onun sözlərinə görə, ordu düşmənin məhv edilməsi, həmçinin Seulu və Koreya yarımadasının cənub hissəsini ələ keçirmək haqda düşünməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm