Dünya
İsrailli nazir pul qarşılığında erməni lobbisinə qarşı – İddia
Türkiyənin İsraildəki keçmiş səfiri Oğuz Çelikkol 31 May 2010-cu ildə İsrail əsgərləri tərəfindən həyata keçirilən “Mavi Mərmərə” hücumunun ildönümü ərəfəsində bir kitab dərc edib.
Publika.az - ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhur "kreslo böhranı"ndan sonra istefa vermək qərarı verən diplomat şok iddialarla çıxış edib.
Bu iddialardan biri də erməni lobbisinə qarşı İsrail–Türkiyə birgə fəaliyyəti ilə bağlıdır. Keçmiş səfir İsrailin həmin dövrdəki xarici işlər nazirinin müavini olan Danny Ayalonun millət vəkili seçilməmişdən əvvəl erməni lobbisinə qarşı Türkiyə üçün çalışdığını qeyd edib.
Təqaüdçü səfir Danni Ayalonun İsrailin keçmiş baş naziri Ariel Şaronun məsləhətçilərindən olan Dov Veisglasla qurduğu şirkətin Türkiyə ilə birlikdə erməni lobbisinə qarşı mübarizə apardığını bildirib. Çelikkol Türkiyənin Ayalonun şirkətlərinə xeyli pul ödədiyini də iddia edir.
Xatırladaq ki, “kreslo böhranı” “Mavi Mərmərə” hücumundan əvvəl, 2010-cu il 11 Yanvar tarixində baş vermişdi. İsrail xarici işlər nazirinin müavini Danni Ayalon səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi–Pusu” serialı ilə bağlı söhbətə çağıran zaman özü adi stulda oturmuş, Türkiyə səfirinə isə alçaq divanda yer vermişdi. Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərlə söhbət etmişdi.
Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol bir neçə dəqiqə dəhlizdə gözləməli olub.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ