Dünya
Kim Çen In Trampı HƏDƏLƏDİ: “Tarixin ən sərt...”
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın BMT tribunasından çıxışına “ən yüksək səviyyədə” cavab verəcəyinə söz verib.
Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Renxap” agentliyi məlumat yayıb.
Kim Çen In rəsmi bəyanatla çıxış edərək söz verib ki, Şimali Koreya tarixin ən sərt əks-tədbirlərini tətbiq etmək imkanına baxacaq. Dövlət başçısı vurğulayıb ki, prezidentin nitqi ABŞ-a baha başa gələcək.
Kim Çen In Pxenyanın məhz hansı cavab addımları atacağını dəqiqləşdirməyib.
Amma daha əvvəl Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.
Xatırladaq ki, Donald Tramp sentyabrın 18-də BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı Pxenyanın ünvanına hədələr səsləndirib. O bildirib ki, ABŞ özü üçün təhlükə yaranacağı halda, Koreya Xalq Demokratik Respublikasını (KXDR) tamamilə məhv etməyə məcbur olacaq.
“Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, - Amerika lideri bildirib.
Tramp həmçinin Koreya liderini “raket insan” adlandırıb və qeyd edib ki, o, özü və rejimi üçün “intihar” missiyasını yerinə yetirir.
Ömər Dağlı
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO