• USD 1,7000 0,00% EUR 1,9254 -0,67%
    • GBP 2,1593 -0,51% RUB 0,0255 +1,57%

Yaponiya erkən seçkilərə gedir

  • Dünya
  • 25 Sentyabr 2017 17:22
Yaponiya erkən seçkilərə gedir

Yaponiya prezidenti Şinzo Abe parlamentin alt qanadı üçün erkən seçki kampaniyası keçiriləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, 475 üzvü olan Təmsilçilər Məclisi üçün seçkilər 22 oktyabrda təşkil ediləcək.

Ş.Abe parlamenti 28 sentyabrda buraxacağını da elan edib.

Hazırda Şimali Koreya ilə yaşanan gərginlik ölkədəki iqtidar-müxalifət qarşıdurmasını arxa plana keçirib. Prezidentin açıqlamasının belə bir vaxta təsadüf etməsi isə xüsusi diqqət çəkir.

Müxalifət iddia edir ki, iqtidar bu vəziyyətdən istifadə edir.

Ş.Abe isə iddialara cavab olaraq bildirib ki, Şimali Koreyanın təhdidləri demokratiyanın təməl prinsipi olan seçki prosesinə təsir etməməlidir. O, erkən seçkilərin keçirilməsinin hökumətin Şimali Koreya mövzusundakı ictimai səlahiyyətini bərpa etmək məqsədi daşıdığını deyib.

Siyasətçilər isə Abenin erkən seçkilərə gedərək müxalifətin hazırki zəifliyindən yararlanmaq istədiyini söyləyib. Onlar htimal edirlər ki, Abenin üzvü olduğu partiya seçkini qazansa da, koalisiya qurduğu “Komei” partiyası ilə birlikdə əldə etdiyi üstünlüyü itirəcək.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>