Dünya
Rus generalın ölümü barədə ŞOK İDDİA - VİDEO
İŞİD terror təşkilatının döyüşçüləri Rusiya generalı Valeriy Asapovun öldürülməsindən bir az əvvəl onun yeri haqqında məlumatlar alıblar.
Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi Suriya təhlükəsizlik xidmətlərinə istinadən bildirib.
“Generalın həlak olması ilə bağlı ilkin araşdırmanın nəticələri göstərir ki, Deyr-ez-Zorda onun olduğu yer haqqında informasiya sızdırılıb”, - təhlükəsizlik xidmətlərinin nümayəndələri danışıblar.
Xatırladaq ki, sentyabrın 24-də Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada atışma zamanı həlak olub. Ölkənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-leytenant minaatanlardan açılan atəş nəticəsində ölüb. Deyr-əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.
Görünür, Moskva Suriyadakı son itkiləri gizlədə bilməyib. Belə ki, general və digər Rusiya hərbi qulluqçularının Suriyada öldürüldüyü barədə xəbəri “New Irkutsk” nəşri bir neçə gün əvvəl yazmışdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib ki, Rusiya generalının Suriyada həlak olması Suriya münaqişəsinin nizama salınması üzrə ABŞ-ın ikiüzlü mövqeyinin nəticəsidir”.
“Rusiyalı generalın Suriyada həlak olması Suriyada Amerika siyasətinin ikiüzlülüyü üçün Moskvanın qanla ödədiyi əvəzdir”, - rusiyalı diplomat deyib.
ABŞ Dövlət Departamenti bəyanat yayaraq bildirib ki, Rusiyanın ABŞ-ın İŞİD-i dəstəkləməsi və ya rus generalın ölümündə əli olması açıqlaması faktlara əsaslanmır. Bəyanatda bildirilib ki, ABŞ və koalisiyanın bir hədəfi var, o da İŞİD-in məhvidir.
Ömər
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü