Dünya
Kiyevin mərkəzi bağlandı: Saakaşvilinin mitinqinə əngəl…- FOTO
Kiyevin qanun qoruyucuları dünən gecədən etibarən şəhərin mərkəzi küçələrini bağlayıblar.
Publika.az bildirir ki, buna səbəb bugün Mixail Saakaşvilinin tərəfdarları tərəfindən təşkil edilmiş mitinqi əngəlləməkdir. Bu haqda özünün Feysbuk səhifəsində jurnalist Tatyana Danilenko yazıb.
"Hökumət evinin ərazisinə gediş-gəliş tam bağlanıb. “Oktyabr” sarayının həyətində Milli Qvardiyanın döyüşçüləri məşq edir. Hətta Kreşatikdəki parad zamanı onlar o qədər deyildilər. Mən bu cür genişmiqyaslı bloklama hələ görməmişdim", - o, qeyd edib.
Məlumat üçün bildirək ki, 17 oktyabrda Ali Radanın yanında mitinq planlaşdırılıb. İştirakçılar Ukrayna hakimiyyətindən deputat toxunulmazlığının ləğvi, korrupsiya ilə mübarizə, biznesin satışı haqqında vədin icrası, yeni seçki qanunvericiliyinin qəbulu və mənzil-istismar xidmətlərinin tariflərinin azaldılmasını tələb edəcəklər.
Ukraynanın paytaxtında mitinqin keçirilməsini Mixail Saakaşvili elan edib.
Zaur H.
-
Magazin203:23
Bir reklam postunu 1 milyona paylaşır - FOTO
-
Yaxın Şərq02:22
İsrail Livanın cənubunda əsas su təchizatını VURDU
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO