Rusiyanın sanksiyalara cavabı gecikmədi: “Uğursuzluğa məhkum olacaqlar” - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Rusiyanın sanksiyalara cavabı gecikmədi: “Uğursuzluğa məhkum olacaqlar” - (YENİLƏNDİ)

Rusiyanın ABŞ -a sanksiyalarla bağlı cavabı gecikməyib.

Publika.az xəbər verir ki, ilk reaksiya Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovdan gəlib.

O, sanksiyalardan qorxmadıqlarını və Vaşinqtonun Moskvaya qarşı sanksiyalardan istifadə etmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu deyib.

Səfir, həmçinin, Rusiyanın ABŞ və müttəfiqləri ilə bərabər səviyyəli, praqmatik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istədiyini çatdırıb. O, Rusiyada hər gün ABŞ tərəfindən mənfi bir addım gələcəyi ehtimallarının vərdiş halına çevrildiyini etiraf edib.

***

ABŞ-ın Xarici İşlər Nazirliyi 39 Rusiya şirkətinə sanksiya tətbiq edəcəyi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, ABŞ keçən il keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi və Ukraynaya qarşı edilən cəhdləri əsas gətirərək 39 rus şirkəti və dövlət orqanına sanksiya tətbiq edəcək.

Şirkətlərin adlarının siyahısı da artıq açıqlanıb. Bu şirkətlərin Rusiya ordusu və kəşfiyyatına işlədiyi bildirilib.

ABŞ-ın Xarici İşlər Nazirliyindən verilən açıqlamada sanksiyaların dərhal tətbiq ediləcəyi bildirilib. Siyahıda olan şirkətlərin öncə dünyada etdikləri pul transferləri və ticarətləri araşdırılacaq. Araşdırma yekunlaşdıqdan sonra ən gec 28 yanvar 2018-ci ildən etibarən sanksiyaların tətbiqinə başlanacaq.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nouret nazir Reks Tillerson tərəfindən siyahının konqresə göndərildiyini bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm