• USD 1,7000 0,00% EUR 2,0327 0,00%
    • GBP 2,3622 0,00% RUB 0,0228 0,00%

Jirinovskinin oğluna cavab: "Oxumağı öyrən"

  • Dünya
  • 29 Oktyabr 2017 13:17
  • 656 Baxış
Jirinovskinin oğluna cavab: "Oxumağı öyrən"

Rusiya Dumasının vitse-spikeri İqor Lebedev sərt açıqlamalar verməzdən öncə Qırğızıstan prezidentinin sərəncamını oxumağı öyrənsin.

Axar.az xəbər verir ki, bu sözlər Qırğızıstan Prezident Administrasiyasının yaydığı bəyanatda yer alıb.

"Lebedevin Qırğızıstanda Rusiyaya qarşı üsyanın milli bayram elan edilməsini şərh etməsi bir daha onun heç nə başa düşmədiyini sübut edir. Türküstanda iğtişaşlar oktyabr inqilabının pozitiv qəbul edilməsinin göstəricisidir. Rusiyada o tarixdə baş verən hakimiyyət dəyişikliyi Rusiya imperiyasının müstəmləkəsi altında yaşayan xalqalara imkan verdi ki, XX əsrdə öz dövlətlərini qura bilsinlər", - bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin oğlu olan İqor Lebedev Türküstandakı üsyanların Qırğızıstanda milli bayram elan edilməsini sərt tənqid etmişdi. O, buna qarşılıq olaraq Rusiyada qırğızların çalışmalarının məhdudlaşdırılmasını istəmişdi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR