Dünya
Ərdoğan Fəthullah Gülənin barışdırıcı təşəbbüslərini rədd etdi: “Şantaj var”
Beş illik fasilədən sonra Brüsselə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan səfərdən qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlərin sualları əsasən 17 Dekabr əməliyyatı və sonrakı hadisələrlə bağlı olub.
Ərdoğan “Güləndən yeni bir məktub varmı” sualına “Əksinə, şantaj siyasəti davam edir” cavabını verib. Türkiyə Hakimlərı və Prokurorlarının Ali Şurasının (HSYK) 17 Dekabr əməliyyatı sonrası verdiyi qərarla 97 prokuror və hakimin vəzifə yerinin dəyişdirməsini isə baş nazir “Çox məqsədəuyğun olmuş” sözləri ilə qiymətləndirib.
Baş nazir Brüssel səfərində rəsmilərlə “paralel dövlət” haqqında danışdığını bildirib. “Paralel dövlət”i konkret nümunələr gətirərək izah etdim. Razı qaldıqlarını düşünürəm. Onların da hadisədən çox narahat olduqlarını gördüm”, - Ərdoğan bildirib.
Ərdoğan “Fəthullah Güləndən yeni bir məktub, sülhnamə varmı” sualına bu şəkildə cavab verib:“Mənə gələn hər hansı bir məktub yoxdur. Yalnız yazılı və vizual mediada sərgilənən davranışları izləyirik. Yeni addımlarını gördük. Tam əksinə, şantaj siyasəti davam edir. Mən baş nazir olaraq hər kəsə bərabər məsafədəyəm. Ortada bir cinayət və ya səhv yoxdursa, eyni şəkildə xidmətinə davam edərsən. Bizim kimsə ilə düşmən olmaq kimi bir dərdimiz yoxdur. Ölkədə camaat, yox camaatlar var”.
Ömər Dağlı
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək