Dünya
General Putinin adamına qarşı - Luqanskda nə BAŞ VERİR?
“Çevriliş nəticəsində “respublika”dan qaçan “Luqansk Xalq Respublikası”nın başçısı İqor Plotnitski Rusiyadan qayıtmasa, “Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenko öz ərazisini genişləndirmək imkanı əldə edəcək”.
Publika.az xəbər verir ki, bu haqda Rusiya jurnalisti Leonid Radzixovski “Obozrevatel” nəşrinə söyləyib.
Qeyd edək ki, ötən gün Luqanskda rəsmi binalar hərbçilər tərəfindən ələ keçirilib. Binaları ələ keçirən şəxslərin “daxili işlər naziri” İqor Kornetin adamları olduğu bildirilib. Bundan sonra Plotnitski qondarma respublikadan qaçıb.
“Kornetlə İqor arasında soyuq münasibətlər bir neçə dəfə davaya qədər çatıb, amma Kreml onları barışdırırdı. Aydındır ki, onların pul və hakimiyyət bölgüsü kimi problemləri var. Orada heç bir dövlət yoxdur və aydın deyil ki, onlar hansı qaydalarla yaşayırlar”, - jurnalist deyib.
Jurnalist qeyd edib ki, “LXR”də iki Rusiya kuratoru var. Onlardan biri Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov, digəri isə Federal Təhlükəsizlik Xidmətinin generalı Sergey Besedudur.
“General güc strukturlarına – Kornet və onun ətrafına qəyyumluq edir. Surkov müvafiq olaraq, mülki administrasiya nəzarət edir və bütovlükdə siyasi rəhbərliyi həyata keçirir", - Leonid Radzixovski vurğulayıb.
Eyni zamanda o xatırladıb ki, Plotnitski dəfələrlə Rusiyaya gedib, hansısa təlimatlar və dəstək aldıqdan sonra geri qayıdıb. Jurnalist eyni halın təkrarlanacağını istisna etmir.
Jurnalist qeyd etdi ki, Zaxarçenko İroqdan daha güclü fiqurdur. Xüsusi halda, o, Zaxarçenkonun yerli hərbçilərin böyük dəstəyindən istifadə etdiyini vurğulayıb.
Bununla belə, Leonid Radzixovski əmindir ki, separatçı qurumlarda baş verənlər xarici siyasi nöqteyi-nəzərindən və prinsipial məsələlərin həlli baxımından heç bir əhəmiyyətə malik deyil.
Ömər Dağlı
-
Sosial12:28
SOCAR-dan İsrailə neft satması ilə bağlı iddialara REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər