Dünya
Əl-Sisiyə iki gün kifayət etmədi
Misirdə iki günə keçirilməsi planlaşdırılan prezident seçkiləri daha bir gün uzadıldı.
Publika.az - ın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb seçici fəallığının olduqca aşağı olmasıdır.
3 iyul 2013-cü il tarixindəki hərbi çevrilişin memarı və seçkilərin favoriti olan Misir müdafiə naziri Əbdülfəttah Əl-Sisi ilkin nəticələrə görə 93 faiz səs qazanıb. Lakin seçici fəallığı çox aşağı olduğundan o, problem yaşaya bilər. Seçici fəallığının aşağı olmasında isə hərbi rejimin “terror təşkilatı” elan etdiyi və seçkilərdə iştirakına qadağa qoyduğu “Müsəlman Qardaşlar” Təşkilatının boykot çağırışları əhəmiyyətli rol oynayıb.
Bəzi təxminlərə görə, seçici fəallığı ən yaxşı halda 44,4 faiz olacaq. 2012-ci ildə Məhəmməd Mursinin prezident seçildiyi seçkilərdə isə bu göstərici 51,85 faiz olmuşdu. Hərbi rejim səsvermədə iştirak etməyənləri təxminən 75 dollar cərimələyəcək.
Əl-Sisinin yeganə rəqibi olan Hamdin Sabahinin seçki kampaniyası üzvləri müşahidələrinə istinad edərək seçici fəallığının 10-15 faiz ətrafında olduğunu iddia ediblər. Misirdə Əl-Sisini dəstəkləyən media quruluşları da seçici fəallığının aşağı olmasını gizlədə bilməyib. “Al-Masri Al-Youm” qəzeti qırmızı hərflərlə yazdığı “Dövlət səs axtarır” manşetindən istifadə edib.
Siyasi mütəxəssislərə görə, seçici fəallığının aşağı olması Əl-Sisinin qələbəsinə kölgə sala bilər.
Ömər Dağlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO