Rusiya Balkanlarda yeni gərginlik dalğası yaradır - Qərbdən XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Rusiya Balkanlarda yeni gərginlik dalğası yaradır - Qərbdən XƏBƏRDARLIQ

Rusiya Balkanlarda öz təsirini gücləndirmək üçün Serbiyanı fəal şəkildə silahlandırır.

Publika.az xəbər verir ki, bu haqda “The Associated Press” agentliyi bildirib.

Qeyd edilir ki, hazırda Serbiyaya hərbi vertolyotların çatdırılması haqqında danışıqlar aparılır. Həmçinin, Serbiyada xüsusi təmir bazası yaradılacaq və bu, ölkədə Rusiya hərbçilərinin olmasını nəzərdə tutur.

Nəşr xəbərdarlıq edir ki, Rusiyanın belə fəallığı Balkanlarda gərginliyin yeni dalğasını yarada bilər.

Serbiyanın müdafiə naziri Aleksandr Vulin daha əvvəl bildirib ki, Rusiya və Serbiya prezidentləri arasında “hərbi əməkdaşlığın yüksək səviyyəsi” haqqında razılıq əldə olunub. Onun sözlərinə görə, Rusiya ilə yaxın hərbi əlaqələr beynəlxalq səviyyədə Serbiyanın mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirib və sərtləşdirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm