Dünya
“Türkiyə Bəşər Əsədi tanıyarsa...” - İsrailli kəşfiyyatçıdan Ankaraya İNANILMAZ TƏKLİF

Türkiyə Suriya lideri Bəşər Əsədin hakimiyyətini tanıyarsa, PKK terror təşkilatı və onun Suriya qolu olan YPG ilə bağlı problem həll edilə bilər.
Publika.az xəbər verir ki, bunu İsralin "NATİV" xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi “Rossiya 1” telekanalının canlı efirində deyib.
“Bu gün Suriyada atılması lazım olan ən əhəmiyyətli addım budur: Türkiyə Bəşər Əsədin hakimiyyətini tanımalıdır. Əgər Türkiyə bunu etsə, YPG ilə bağlı problemlər həll edilər və kürdlərin yerləşdiyi torpaqlar Dəməşqin nəzarətinə keçər”, - o bildirib.
Keçmiş kəşfiyyat şefi ABŞ-ın Suriyada məğlub olduğunu vurğulayıb:
“ABŞ-ın Suriya ilə bağlı planlar fiasko ilə nəticələnib. Onlar indi bunun qısasını almağa çalışırlar”.
Ömər Dağlı


-
İdman18:00
Prezidentin nəvələri Dana Uayt və Həbib Nurməhəmmədovla bir arada - FOTOLAR
-
Region16:00
Biz indi kiminlə masaya oturacağımızı bilmirik - Əraqçi
-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi