Dünya
Rusiyadan 100 milyardlıq səxavət
Şimal qonşumuz son 13 ildə başqa dövlətlərin 100 milyard dollar həcmində borcunu silib.
AzVisionı.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya
müəyyən razılaşmalar qarşlığında 13 il ərzində qonşularının 100
milyard dolar həcmində borcunu bağışlayıb.
Bununla belə, ölkənin öz xarici borcu artan tempdə davam edir. Belə
ki, 2000-ci ildə 178,2 milyard dollar xaricə borca malik Rusiya
2013-cü ildə bu məbləği 634,4 milyard dollar çatdırıb. Müəmmər
Qəddafi dönəmində Liviyanın 4,5 milyard dollar borcu qarşılığında
Rusiya bu Şimali Afrika ölkəsindən silah satmaq, neft yataqlarını
istismar etmək və yol tikintisində güzəştlər əldə etmişdi. Lakin
2011-ci ildə baş verən vətəndaş müharibəsindən sonra Rusiya ilə
Liviya arasında imzalanan müqavilə öz qüvvəsini itirib.
AzVision.az Rusiyanın borcunu sildiyi ölkələrin siyahısını təqdim
edir. 2000-ci ildə Vyetnamın 9,4 milyard dollar, 2004-cü ildə
Monqolustanın 11,4 milyard dollar, 2005-ci ildə Suriyanın 9,8
milyard dollar, 2008-ci ildə İraqın 12 milyard dollar, 2007-ci ildə
Əlcəzairin 4,7 milyard dollar 2010-cu ildə Əfqanıstanın 12 milyard
dollar, 2012-ci ildə Şimali Koreya Xalq Demokratik Respublikasının
11 milyard dollar borcu silinib. Sonuncu olaraq isə, 2013-cü ilin
sonlarında Vladimir Putin Kuba Sosialist Respublikasının Sovet
dövründən qalan 29 milyard dollar borcunun silinməsi barədə qərar
qəbul etmişdi.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi