Dünya
Erməni ekspert: “Rusiya və KTMT Ermənistanı müdafiə edə bilməyəcək”
“Regional baxımdan Azərbaycan daha güclü mövqelərə malikdir”.
“Bu çox kədərlidir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına inteqrasiya yolunu seçdi. Bunun nəticəsidir ki, Ermənistanın regionda təsiri Azərbaycandan daha zəifdir”.
Publika.az-ın verdiyi xəbərə görə, “Jane's Intelligence”nin müdafiə və təhlükəsizlik məsələləri üzrə erməni analitiki Lilit Gevorqyan erməni mətbuatına açıqlamasında Cənubi Qafqazdakı son durumu şərh edərkən deyib.
O, Azərbaycandan fərqli olaraq Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün maliyyə imkanlarının olmadığını deyib. Erməni ekspert həmçinin Azərbaycanı dəstəkləyən ölkələrin də olduğunu dilə gətirib: “Məsələn, Türkiyə. Amma Ermənistanda bu yoxdur. Yəni regional baxımdan Azərbaycan daha güclü mövqelərə malikdir. Bu da, təbii ki, başqa dövlətlər tərəfindən nəzərə alınır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Qarabağ münaqişəsinə qarışmadan Azərbaycanla ən yaxşı münasibətləri saxlamağa çalışırlar“.
L.Gevorqyan deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ermənistanı Azərbaycandan qorumalı olsa da, indiki halda vəziyyət tamamilə fərqlidir. Erməni ekspert Rusiya ilə ikitərəfli müqaviləyə əsasən, Ermənistanın müdafiəsinin mümkün olduğunu deyib. Amma o, bu məsələdə də müəyyən problemlərin olduğunu vurğulayıb: “İkitərəfli münasibətlərə əsasən, Rusiya tərəfindən Ermənistanın müdafiəsi üçün müəyyən tədbirlər görülə bilər. Çünki ikitərəfli hərbi əməkdaşlıq var, bundan başqa Rusiyanın Ermənistanda hərbi bazası yerləşir. Ancaq ikitərəfli münasibətlər çərçivəsində bu addımlara təşəbbüs etmək daha mürəkkəbdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müəyyən addımlara təşəbbüs etmək daha sadə ola bilər. Bunun üçün isə siyasi iradə lazımdır”.
Erməni ekspert müəyyən səbəblərdən KTMT daxilində siyasi iradənin də olmadığını dilə gətirib: “Rusiya ATƏT-in Minsk Qrupunda təmsil olunub. Bundan başqa, Rusiya xarici siyasət məsələlərində Dağlıq Qarabağ münaqişəsindən Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir”.
Ermənistan KTMT-dən çıxması barədə səsləndirilən iddialara gəlincə, L.Gevorqyan bunun İrəvan üçün çox təhlükəli ola biləcəyini deyib.
Ömər Dağlı
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı