Dünya
Rus ovçularına Avropa zərbəsi türklərin işinə yaradı
Avropa Rusiyaya ov silahlarının ixracını dayandırıb. Bundan əvvəl isə analoji addımı ABŞ atmışdı.
Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyaya vətəndaş silahlarının ən böyük idxalatçısı olan “Dəmir geyim” şirkətinin satış bölməsinin rəhbəri Fyodr Perşin bildirib.
Onun sözlərinə görə, sözügedən qadağa şirkətin gəlirlərinə də əhəmiyyətli dərəcədə təsir edib. Perşini qadağaların ən çox yivli və yivsiz lüləli ov silahlarına aid olduğunu bildirib: “İxracat lisenziyalarının verilməsini bir sıra Avropa ölkələri dayandırıb. Bunlar Rusiyaya ov silahının əsas ixracatçıları Almaniya, İtaliya, Çexiya və Belçikadır”, - şirkət nümayəndəsi deyib.
“Vətəndaş təhlükəsizliyi” ictimai təşkilatın sədri Sergey Qrinin hesab edir ki, vətəndaş silahının ixracına Avropa ölkələrinin tətbiq etdiyi qadağalar Rusiya bazarını vurmayacaq. O bildirir ki, qadağalar istehsalçılar və idxalatçıların gəlirlərinə mənfi təsir edəcək.
Hazırda Rusiya bazarında vətəndaş silahının satışında xarici
məhsullar 60 faizlik paya sahibdir. “Rusiya ov qəzeti” nəşrinin baş
redaktoru Aleksandr Lisitsın hesab edir ki, bu, Rusiya zavodları
tərəfindən istehsal olunan ov silahlarının aşağı keyfiyyəti ilə
izah olunur. Avropa silah markalarının azalması ilə Türkiyə
istehsalı olan silahların idxalının artacağı gözlənilir. Rusiya
silah mağazalarında hazırda “Huglu” və “Stoeger” kimi türk
markalarını tapmaq olur. İndiyə kimi Rusiya silah mağazalarında ən
prestijli silahlar İtaliyanın “Beretta” və “Benelli”, Almaniyanın
“Walther” və “Glock” markaları sayılırdı.
“Əgər əvvəl Rusiya bazarında türk silahının satış həcmi ən yaxşı
halda 5 faiz idisə, bundan sonra türk silahının bazardakı payı 30
faizə qədər arta bilər”,– Lisitsın proqnozlaşdırır.
Ömər Dağlı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ