Dünya
Çin-Rusiya ittifaqı: ABŞ üçün “kabus” başlayır
ABŞ üçün daha böyük təhdid Rusiya və Çin əməkdaşlığının güclənməsidir.
Axar.az “Nəşinl İnterest” jurnalına istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-ın Milli Maraqlar Mərkəzi çıxış edib. Mərkəzin iddiasına görə, bu ittifaq ABŞ üçün əsl kabusa çevrilə bilər. Belə ki, Vaşinqtonun Moskva və Pekinin sıx əməkdaşlığını dəyərləndirməməklə kobud səhvə yol verdiyi vurğulanıb:
“ABŞ soyuq müharibədən sonra yaranan əlverişli mövqeni öz əlindən verib. Soyuq müharibə dövründə ABŞ-ın SSRİ və Çin ilə ayrı-ayrılıqda münasibəti, Moskva və Pekinin özləri arasında olan münasibətdən daha yaxşı idi. Hazırda Rusiya və Çin arasında münasibətlərin yaxşı olmasına rəğmən, Pekin hələ də Moskva ilə alyansın onun Vaşinqtonla iqtisadi əməkdaşlığını güclü şəkildə zəiflədəcəyindən qorxur. Digər tərəfdən Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bununla belə Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə üçün tədbirlər görmək niyyətində deyil. Amerikalı analitiklə uzun illər bu ölkələr arasındakı alyansa skeptik yanaşıblar. ABŞ-ın məntiqsiz addımları bu iki ölkəni sadəcə yaxınlaşdırmağa xidmət edib. Hazırda mövcud olan bu yaxınlaşmaya Vaşinqtonun necə cavab verəcəyi hələ də çətin məsələ olaraq qalır”.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO