Dünya
Papanın göyərçinlərinə hücum etdilər - FOTO
Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransiskin dünən Vatikandakı vəzi yaxşı başa çatmayıb.
Milli.Az European-a istinadən bildirir ki, pontifikin Apostol
Sarayının eyvanından buraxdığı ağ sülh göyərçinlərinə qara qarğa və
qağayı hücum çəkiblər.
"Angelus" vəzində Roma Papası Ukraynada zorakılığa son qoymağa çağırıb.
"Ümid edirəm ki, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında
konstruktiv dialoq davam edəcək. Güc və zorakılığa qarşı istənilən
müraciətin qarşısını alanda hər kəsin ürəyində sülh ruhu ilə ümumi
rifah axtarışları üstünlük təşkil etsin", - 1-ci Fransisk
deyib.
Vəzini başa vuranda Roma Papası sələfi 2-ci İoann Pavelin jestini
təkrarlayaraq səmaya göyərçinlər buraxıb. Bu işdə ona iki uşaq da
yardım edib.
Lakin göyərçinlər qanad çalan kimi onlara qara qarğa və qağayı hücum çəkiblər.
Fəqət göyərçinlər qurtularaq uçublar.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir