Dünya
Peyğəmbərin jiletinin sarıldığı dəsmal tapıldı (VİDEO)
Məhəmməd peyğəmbərin (s.ə.s) jiletinin sarıldığı Destimal-i Şərif (dəsmal) tapılıb.
ANS PRESS-in məlumatına görə, Destimal-i Şərif Bursa Şəhər Muzeyində sərgilənən Çengiç Bəyləri sərgisindəki bir barıt qutusundan çıxıb. Sözügedən dəsmal Bosniya və Herseqovina Sancak bəylərindən Heydər Çengiçin barıt qutusunda təsadüfən tapılıb.
Barıt qutusunda bir dəsmal tapan Bursa Şəhər Muzeyi səlahiyyətləri nə olduğunu anlaya bilmədikləri əmanəti araşdırılmaq üzrə Topqapı Sarayına göndərib.
Topqapı Sarayında edilən araşdırmadan sonra dəsmalın Osmanlı
Sultanı 2-ci Əbdulhəmid Xan tərəfindən Bosniya və Herseqovina
Sancak bəylərindən Heydər Çengiə hədiyyə edilmiş Destimal-i Şerif
olduğu müəyyən edilib.
Qeyd edək ki, Topqapı Sarayında Məhəmməd peyğəmbərin (s.ə.s) jileti
var. Bu jilet Ramazan aylarında padşahlar tərəfindən çıxarılaraq ən
yaxınlarına öptürülürdü. Zamanla zərər görməsin deyə jilet xüsusi
hazırlanmış peyğəmbəri tərifləyən yazıların olduğu dəsmala bükülüb.
Padşah bu Destimal-i Şərifi ən yaxınlarına hədiyyə edərmiş. Sultan
Əbdulhəmid Xan vaxtilə Bosniya və Herseqovina Sancak bəylərindən
Heydər Çengiçə bu dəsmalı hədiyyə edib.
Çengiçlər Osmanlı İmperatorluğu tərəfindən Bosniya Herseqovinaya
göndərilən və 5 əsr Osmanlı dövlətinin nümayəndəsi olan bir
ailədir.
-
Magazin123:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin121:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
-
Ekologiya19:48
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
-
Kriminal19:06
Yevlaxda ər arvadını qətlə yetirdi, özü isə...